Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanın qətiyyətli mövqeyi

0

  •          Məlum olduğu kimi, Praqada Prezident İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla dördtərəfli görüşləri keçirilib. Eyni zamanda, bu görüş əvvəlkilərdən daha fərqliliyi, xüsusi işarələri ilə fərqləndi və yadda qaldı. Daha dəqiq desək, rəsmi Bakının bu görüşə qədər əldə etdiyi diplomatik uğurlarının nəticəsi olaraq bir sıra mühüm razılaşmalara gəlindi və son razılaşmalar Azərbaycana qarşı müəyyən təzyiq cəhdlərinə baxmayaraq reallaşdırıldı. Daha dəqiq desək, həm də belə bir nəticəyə də gəlmək olar ki, Fransanın dövlət başçısı Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyana göstərdiyi açıq dəstəyinin, həmçinin Azərbaycana qarşı təzyiq tətbiq etməklə istəklərinə nail olacaqlarının qarşısını məhz Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti aldı.Fransa heç bir önəmi qalmayan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olmasına baxmayaraq daim özünün ermənipərəst siyasətini yürüdüb və açıq-aşkar erməni işğalına, təcavüzünə müxtəlif vasitələrlə don geyindirməyə cəhdlər göstərib. Məhz bu baxımdan, sonuncu Brüssel görüşündə də Parisin İrəvana dəstək göstərəcəyini bəri başdan müəyyən etmək elə də çətinlik yaratmırdı. Eyni zamanda, Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını ehtimal etmək olardı. Təsadüfi deyil ki, Nikol Paşinyan Emmanuel Makronun da iştirak etdiyi görüşdə özünü qətiyyətli hiss edir, Fransa tərəfi də Ermənistanı dəstəklədiyini heç də gizlətmirdi. Belə bir uğursuz əminliyə daha bir səbəb isə sentyabrın 12-14-də müəyyən olunmamış sərhəddə məhz Ermənistanın silahlı təxribatı nəticəsində baş vermiş məlum insidentdən yararlanmaq cəhdi oldu. Ancaq bu cəhd də puça çıxdı - Prezident Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi. Demək olar ki, 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı. Bununla da Makron-Paşinyan cütlüyünün planları iflasa uğradıldı.Daha bir mühüm məqam sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə əlaqəli razılaşmanın əldə olunmasıdır. Məlum oldu ki, sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırılıb. Qeyd etmək olar ki, bu məsələdə də Fransa öz maraqlarını erməni maraqları ilə eyniləşdirib. Belə ki, Avropa İttifaqı və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna qəti etiraz etdi. Azərbaycanın qətiyyətli mövqeyindən sonra belə razılaşdırıldı ki, Avropa İttifaqı missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.Onu da qeyd edək ki, bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin gündəliyə salınması onunla bağlıdır ki, bu məsələ 2020-ci ilin 10 noyabr bəyanatı ilə tənzimlənir və bu, hər zaman aktualdır, gündəmdədir və onun reallaşdırılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyev bütün imkanlardan istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və bu proses məntiqi sonluğa kimi davam etdiriləcək. İrəvan isə ilk növbədə Praqa görüşündən ağıllı və doğru nəticə çıxarmalıdır. Biz Xocalılar da inanırıq ki, əgər ermənistan bu görüşdən də bir nəticə çıxarmasa növbəti “Dəmir yumruğun” zərbəsindən çətin ayağa qalxa.​Mahnur Məmmədova,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib50 dəfə
    Azərbaycanın qətiyyətli mövqeyi

    Maraqlı gələ bilər
    54
    62
    48
    127
    45